Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

18 Yanvar 2018
17 Yanvar 2018

12 Avqust 2017 - 11:58

Əhəd Abıyev səhhəti ilə bağlı Gununsesi.info-ya danışdı:"HƏM FİZİKİ, HƏM DƏ MƏNƏVİ BAXIMDAN ÇOX SAĞLAMAM"

Əhəd Abıyev

“Dünən guya mənim səhhətimdə ciddi problemlərin yaranması və vəziyyətimin pisləşdiyi üçün təcili olaraq Almaniyaya aparıldığım barədə saytlarda yalan məlumatlar yayılıb”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib.

Ə.Abıyev bildirib ki, barəsində yazılan məlumatların heç bir əsası yoxdur:

“Barəmdə yazılanlarla bağlı bildirirəm ki, səhhətimdə heç bir problemim yoxdur, həm fiziki, həm də mənəvi baxımdan çox sağlamam. Həmişə olduğu kimi boksyor  idmançı sağlamlığım da öz yerindədir. Hazırda iş başındayam. Dövlətimizə və əhaliyə sədaqətlə vəzifə  xidmətimi davam etdirirəm.

Mən iki ilə yaxındır ki, heç bir xarici dövlətlərdə olmamışam. Hətta Bakı şəhərinə belə Prezident Administrasiyasının icazəsi olmadan Daşkəsəni tərk etməmişəm. Səhhətim də, rayondakı işlərimiz də  çox yaxşıdır, heç bir problemimiz yoxdur.

Bir sözlə, mənim guya ağır vəziyyətdə Almaniyaya xəstəxanaya aparılmağım yalandır, böhtandır. Bu məlumatları yayanlar şərəfsiz, ləyaqətsiz, vicdansız, xəyanətkar adamlardır. Aydın məsələdir ki,  yayılan bu yalan məlumatlar məni istəməyən  şərəfsizlər, namussuzlar, nəslində erməni qanı olanlar tərəfindən ayrı-ayrı saytlara məqsədli şəkildə ötürülür. Məkrli planlarını gerçəkləşdirmək üçün jurnalistləri aldadaraq əsassız, yalan məlumatlar yayırlar”.

Gununsesi.info