Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

13 Dekabr 2017

07 Avqust 2017 - 10:48

Əli Həsənovun nəvəsi həbs olundu- MƏHKƏMƏ QƏRARI

eli hesenovun nevesi

Avqustun 3-də Bakının Heydər Əliyevprospektində “Gelandewagen” markalı avtomobil ilə dəhşətli yol qəzası törətməkdə şübhəli bilinən Nail Allahverdiyev həbs edilib.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Qəza vaxtı xəsarət almış N.Allahverdiyevin törətdiyi hadisə ilə bağlı istintaq araşdırmaları davam etdirilir.

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə müraciət edib. Lakin mətbuat xidməti xəbəri nə təsdiq, nə də təkzib edib.

Xatırladaq ki, avqustun 3-də baş vermiş hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılardan ikisi Türkiyə vətəndaşıdır. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, hadisə zamanı N.Allahverdiyevin idarə etdiyi “Gelandewagen” markalı avtomobil Mirməhəmməd İsmayılovun sürdüyü 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” avtomobil ilə yarışırmış. Avtoxuliqanlıqda günahlandırılan M.İsmayılov bir ay müddətinə inzibati həbs cəzasına məhkum edilib.

Gununsesi.info





loading...