Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

18 Yanvar 2018

11 Dekabr 2017 - 17:24

Ən az borcu olan ölkələr- SİYAHI

Dünyanın bir çox ölkəsi borc səviyyəsindəki artım və büdcə kəsiri ilə mübarizə apardığı halda, digər ölkələr borc öhdəliyini yerinə yetirərək borc səviyyəsini aşağı çəkməyə çalışır.

Gununsesi.info Ümumdünya İqtisadi Forumunun hazırladığı “Global Competetiveness Survey” (2017-2018) hesabatına istinadən xəbər verir ki, dünyada borcun ümumdaxili məhsula nisbətinə görə ən aşağı göstəriciyə malik ölkəsi Honq-Konqdur. Bu ölkədə borc/ÜDM nisbəti 0,1% təşkil edir. Buna səbəb ölkədə aşağı vergi rüsumları və dövlətin biznesə müdaxilə etməməsi amilləri göstərilib.

İkinci sırada 3,1%-lə Bruney qərarlaşıb. Bu ölkə dünyada maye qaz hasilatına görə 4-cü yeri tutur. Üçüncü sırada 9,5%-lə Estoniya gəlir – burakorrupsiya dünya üzrə ən aşağı səviyyədədir.

Səudiyyə Ərəbistanında həmin göstərici 12,4%, Botsvanada 13,9%, Rusiyada 17%, Küveytdə 18,6%, Nigeriyada 18,6%, BƏƏ-də 19,3%, Əlcəzairdə 20,4% və Qazaxıstanda 21,1% olub.

Qeyd edək ki, Azərbaycanda borcun ÜDM-ə nisbəti “Global Competetiveness Survey” 2016-2017-ə görə 36,1% təşkil edib.

Gununsesi.info