VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Avqust 2017
BE ÇA Ç CA C Ş B
« İyl    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

XƏBƏR LENTİ

22 Avqust 2017
21 Avqust 2017

06 Dekabr 2016 - 17:22

Ərəb şeyxinə gedən qız- LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

leman

Və yaxud biz niyə öz şeyx nəsrullahlarımızı qoyub, Ərəb Şeyxindən yazırıq? 

İki gündür Azərbaycan mətbuatının gündəmini bu mövzu tutub. Bədii gimnastika üzrə bürünc medalın qalibi, peşəkar idman ustası  Zeynəb Cavadlı Dubay Əmirinin qardaşı oğluna ərə gedib. Adama deyərlər, hə, nə olsun? Bir ildə orta hesabla 3 minə yaxın azərbaycanlı xarici vətəndaşla ailə həyatı qurub. Son illərin statistikasını bilmirəm, amma 2013-cü  ildə bu rəqəm 2480 nəfər olmuşdu. Bu da əvvəlki illə müqayisədə 43 faiz çox idi. İndi son üç ilin göstəriciləri ortalıqda olsa, bu rəqəmin bir az da artdığını görəcəyik. Eləsə, Zeynəbin ərəb şeyxinə ərə getməsinə nədən heyrətlənək ki?!

seyx

Bəli, məsələ də bundadır. Zeynəb sıradan birinə ərə getməyib. Onun getdiyi zatın –Şeyx Səid Əl Məktumun deyilənlərə görə, 17 milyardlıq mirası var.Maşallah, namxuda, bizim jurnalistlər də Əl Məktumdan daha yaxşı ovçudular. Necə deyərlər, quşu gözündən vurmağı bacarırlar. Əl Məktumun adını diqqətli oxucu yadında saxlamamış olmaz. Bir-iki ildir ki, Məktum başının əsabələri ilə ov ovlayıb, quş quşlamaq üçün Azərbaycana səfər edir. Məsələn, mənim yadımda qalanı sonuncu dəfə onlar Hacıqabulda Qarasu kəndində olmuş,  təlim görmüş şahinlərini bizim Qırmızı Kitaba düşən bəzgək quşlarının üstünə buraxmışdılar.Ki, ovlasınlar. O vaxt mətbuat  bu təfərrüatlardan başqa heç nə əldə edə bilməmişdi. Amma indi məlum olur ki, o bəzgəklərin içində sən demə bədii gimnastımız da olub. Olsun! Burda pis nə var ki! Nəhayət, sonunda bir qız bir oğlanındır. Hərçənd, Şeyx Səid Məktuma da oğlan demək olmaz,  amma yenə də bu xüsusda danışmaq  üçün bizə söz düşmür. Bir məsəldə deyildiyi kimi “ sən razı, mən razı, qələt edir qazı”. Sözümün canı, bu məsələdə mətbuatın, sosial medianın tutduğu mövqedir. Bizim media zavallı qızı öz həmvətənlərinə  müraciət etməyə vadar etdi. İnanın ki, bu xəbər sadəcə xəbər xarakteri daşısaydı, xəbər  formatından kənara çıxmasaydı, o qız buna əhəmiyyət verməyəcəkdi. Şeyxin üçüncü arvadı məsələsindən tutmuş,   Porşe maşına, 300 minlik qolbağa qədər  küllü təfərrüatlar Zeynəbi bizdən narazı saldı. Adam haqlı. İnsanların özəl həyatına bu qədər müdaxiləni ən çox Türkiyə mətbuatında görmüşəm. Biz də onları çoxdan ötüb keçmişik. Baxmayaraq ki,  mətbuatımızın  özünün vəziyyəti üç arvadlı kişinin vəziyyətindən heç də yaxşı deyil. Bütün günü qeybət, bütün günü dır-dır! Və ən pisi..Qeyri peşəkarlıq, jurnalist adına xələl gətirən meyllər, reketçilik və s. adamı jurnalistikadan-sevdiyi peşədən hər gün bir az daha uzaqlaşdırır. Heç uzağa getməyək, bu günlərdə reketçiliklə məşğul olan bir qrupun yaxasını ələ verməsi medianın düşdüyü böhranı tam çılpaqlığı ilə göstərdi. Sosial şəbəkədəki müzakirələrdən belə başa düşdüm ki, bu adamlar ən iyrənc üsulla-insanları görüşdürüb, sonra gizli şəkildə intim kadrlarını çəkir,  yaymaqla hədələməklə qurbanlardan pul alırmışlar. Və onların başında duran Surxay da sən demə Bakıda ərəb şeyxi kimi yaşayırmış. Adam Hammerdə gəzir, nəşriyyatda 15 minlik kresloda otururmuş. Bizsə, bundan-özümüzün Şeyx Nəsrullahlarından yox, ərəb Şeyxindən yazırıq.Əcəb mətbuatıq vallah!

Ləman Ələşrəfqızı,

Əməkdar jurnalist

Gununsesi.info




loading...
Loading...