Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

13 Dekabr 2017

18 Noyabr 2017 - 20:26

Ərdoğan NATO-nun üzrünü qəbul etmədi

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan NATO-nun Norveçdə keçirilən təlimlərində onun Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün fotolarının düşmən hədəfi kimi göstərilməsinə görə Alyans rəhbərliyinin üzrxahlığını qəbul etməkdən imtina edib.  

Gununsesi.info xəbər verir ki, bu barədə R.T.Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının toplantısında bildirib.

“Dünən NATO təlimlərində yol verilən hörmətsizliyin şahidi oldunuz. Elə səhvlər var ki, onu səfeh yox, alçaq adamlar edir. Bu cür mövzu adi üzrxahlıqla bağlana bilməz”, – deyə R.T.Ərdoğan bildirib.

Qeyd edək ki, NATO-nun Norveçdə keçirilən təlimi zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotoları seçilib. Türkiyə prezidenti R. T. Ərdoğan hadisə ilə əlaqədar təlimdə iştirak edən 40 türkiyəli hərbçinin geri çağırıldığını açıqlayıb. NATO-nun rəsmi açıqlamasında R. T. Ərdoğanın fotosunu hədəf kimi qoyan zabitin artıq işdən azad edildiyi bildirilib. Atatürkün fotosunun isə texniki işçi tərəfindən seçildiyi, onun da işdən kənarlaşdırıldığı açıqlanıb. NATObaş katibi Yens Stoltenberq Norveçdə keçirilən təlim zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotolarının seçilməsi ilə bağlı Türkiyədən üzr istəyib. NATO-nun Müttəfiq Qüvvələr Komandanlığı isə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına üzrxahlıq məktubu yollayıb.

Gununsesi.info





loading...