XƏBƏR LENTİ

20 Fevral 2018

23 Noyabr 2017 - 20:18

Ərdoğan Yunanıstana səfər edəcək- 65 İLDƏN SONRA İLK DƏFƏ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Hakan Çavuşoğlu deyib.

Onun sözərinə görə, bu səfər iki ölkə tarixində mühüm hadisədir, belə ki, son 65 ildə Türkiyənin heç bir prezidenti Yunanıstana səfər etməyib.

H.Çavuşoğlu həmçinin bildirib ki, Türkiyə qonşu ölkə kimi Yunanıstanla münasibətləri inkişaf etdirmək niyyətindədir.

Səfərin vaxtı ilə bağlı isə o qeyd edib: “Türkiyə prezidentinin Yunanıstana səfəri yaxın günlərdə baş tutacaq”.

Gununsesi.info