Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

16 Yanvar 2018
15 Yanvar 2018

13 Dekabr 2017 - 17:28

Ərdoğanın tərəfdarından qeyri-adi addım- ONU DEVİRMƏK İSTƏYƏNLƏRİN TUTULMASI ÜÇÜN 800 MİN DOLLAR VƏD ETDİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tərəfdarlarından biri ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) iki sabiq əməkdaşı üçün 800 min dollar ödəməyə hazırdır.

Gununsesi.info publika.az-a istinadən xəbər verir ki, bu haqda Amerika məmurlarına istinadən “Washington Free Beacon” nəşri bildirib.

Qəzetin mənbələrinin məlumatına görə, söhbət Pentaqonun keçmiş əməkdaşı Maykl Rubin və MKİ-nin sabiq əməkdaşı Qraham Fullerdən gedir. Onlar 2016-cı il iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdində şübhəli bilinirlər.

Nəşrin mənbələri qeyd edir ki, Türkiyə prokurorluğu Rəcəb Tayyib Ərdoğan dəfələrlə tənqid edən Rubin və Fullerin həbsinə order verib.

Mənbələr Pentaqon və MKİ-nin sabiq əməkdaşlarının Türkiyədəki hərbi çevriliş cəhdində hər hansı iştirakı haqqında iddiaları absurd adlandırıb.

Gununsesi.info