Əbu-Dabi-Bakı birbaşa aviareysinə start veriləcək

  • By admin
  • 16 Oktyabr 2017 16:00

teyyare

2018-ci ilin 2 mart tarixindən etibarən “Etihad” hava yolları Əbu-Dabi-Bakı birbaşa aviareysinə start verəcək.

Gununsesi.info “APA-Economics”ə istinadən xəbər verir ki, uçuşlar həftədə 3 dəfə həyata keçiriləcək.

Bu marşrut Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) və Azərbaycan arasında olan yeni marşrutdur. Aviareyslər 136 nəfərlik (16 biznes-klass, 120 ekonom klass) “Airbus A320” təyyarəsi ilə yerinə yetiriləcək.

“Biz Əbu-Dabidən bir çox inkişaf etmiş şəhərlərə birbaşa aviareyslər təşkil etməyə başlamışıq. Son zamanlar Azərbaycana artan maraq səbəbindən bu ölkənin paytaxtına həyata keçirəcəyimiz uçuşları səbirsizliklə gözləyirik”, – deyə “Etihad” hava yollarının baş icraçı direktoru Piter Baumqartner bildirib.

Gununsesi.info