Əfv Komissiyası sabah yenidən toplanacaq

  • By admin
  • 27 Fevral 2017 17:52
efv
 
Fevralın 28-də Əfv Məsələləri üzrə Komissiyanın növbəti toplantısı keçiriləcək. 

Bunu Gununsesi.info-ya açıqlamasında Əfv  Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.
 
Onun sözlərinə görə, Komissiyanın katibliyinə ümumilikdə 800-dən müraciət daxil olub. “Ötən iclaslarda  300-dən artıq müraciətə baxılıb və sabah da  müraciətlərin bir qisminə baxılacaq”.
Novruz bayaramı ərəfəsində  verləcəyi gözlənilən Əfv sərəncamına  neçə   məhbusa və kimlərin bu siyahıya düşəcəy, xüsusən də adları siyasi məhbus siyahısında olan İlqar Məmmədovun və ya sabiq səhiyyə naziri Əli İnsanovun   əfv  olunacağı ilə bağlı məsələyə gəldikdə Ə.Nuriyev deyib ki, bu, Prezidentin səlahiyyətində olan məsələdir: “ Biz sadəcə komissiyaya daxil olan müraciətlərə  baxır və kimlərə əfv oluna bilər, onları araşdırırıq.  Qaldı ki, kimlərin və neçə nəfərin əfv olunmasına gəldikdə isə  bu, ancaq prezidentin  səlahiyyətinə aid olan məsələdir. Biz  ancaq Əfv sərəncamı imzalanacağı zaman siyahıda neçə nəfərin  və kimlərin olacağını biləcəyik”.

Qeyd edək ki, bu ilin Novruz bayramı ərəfəsində növbəti əfv sərəncamının imzalanacağı gözlənilir.
Mürtəza
Gununsesi.info