Əhali bələdiyyənin qapısını qaynaqladı

  • By admin
  • 25 Mart 2017 11:51

qizilca

Göygöl rayonunun Qızılca kəndində  maraqlı hadisə baş verib.

Gununsesi.info-nun xəbər verir ki, kəndin əhalisi  Göygöl rayonu Qızılca kənd bələdiyyəsinin fəaliyyətsizliyinə görə,   inzibati binasının qapısını  qaynaqlayıb.

Onlar bunun səbəbini  bələdiyyə sədrinin və 9 üzvünün  kəndin heç bir qayğısı ilə maraqlanmamasıyla əsaslandırıblar.

Bu addımı atanlar bildiriblər ki, Qızılca kənd bələdiyyəsinin inzibati binasının qapılarının hər zaman müraciət edənlərin üzünə  bağlı olması, yığılıb qalan problemlərinin həlli üçün müraciət etdikləri bələdiyyə üzvlərinin və sədrinin  yerində tapılmaması onları buna vadar edib.

Bu səbəbdən də  qəzəblənən, narazı   kənd əhalisi qaynaq aparatıyla bələdiyyənin inzibati binasının dəmir qapısını qaynaqlayıblar.

Hadisədən bir neçə saat sonra bundan xəbər tutan  Göygöl rayon Polis Şöbəsinin əməkdaşları, icra hakimiyyətinin nümayəndəsiylə birlikdə  kəndə gələrək, əhali ilə görüşüb, danışıqlar aparıblar.

Rəsmi şəxslərin apardığı profilaktik söhbətlərdən 1 gün  sonra əhali  Qızılca kənd bələdiyyəsinin inzibati binasının qapısınını açılmasına razılıq verib.

Sakinlər onu da qeyd ediblər ki, kənddə formalaşan bələdiyyənin nə sədrini, nə də  üzvlərini əhali səs verib, seçib.

Həmin şəxslər Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov tərəfindən təyin ediliblər.

Belə ki, bələdiyyə seçkiləri zamanı kəndin əhalisi öz namizədlərini qeydə aldıra bilmədiklərinə görə, səsverməyə qatılmayıb və iştirak etməyiblər.

Gununsesi.info