Əhalinin yığıma gedən gəlirləri 5.6 faiz bənd azalıb

  • By admin
  • 30 May 2017 08:24
1476792649436352988_554x360
2017-ci ilin yanvar-aprel aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,8 faiz artıb. 
Gununsesi.info bunu Dövlət Statistika Komitəsinə istinadən bildirir.
Məlumata görə, əhalinin nominal gəlirləri 14,6 milyard manat olub. Onun hər nəfərə düşən həcmi orta hesabla 1510,3 manat təşkil etdib. 
Qeyd edək ki, bu dövr ərzində gündəlik istehlak mallarına xərclərin həcmi kəskin artıb. DSK-nin statistikasına görə, bu ilin yanvar-aprel aylarında gəlirlərin 86,8 faizi son istehlak xərclərinə yönəlib. Halbuki ötən ilin müvafiq dövründə gəlirlərin 79,4 faizi son istehlak xərclərinə istifadə edilmişdi. Beləliliklə, qiymətlərin bahalaşması gəlirlərin böyük hissəsinin gündəlik təlabat mallarına yönəlməsinə rəvac verib.
Əhalinin əlində qalan pulun qalan 8,5 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,0 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib. Əgər ötən ilin  eyni dövründə gəlirlərin 8.3 faizi yığıma gedirdisə, bu il bu rəqəm kəskin azalara 2,7 faizi təşkil edib.
Vüsalə Rüstəmova
Gununsesi.info