Ələt-Astara yolunda qəza nəticəsində 4 qadın ölüb, 3 nəfər xəsarət alıb – YENİLƏNİB

  • By admin
  • 19 Sentyabr 2017 22:16

fd349c62-f5fe-4702-8769-583751b43a6b
Xəsarət alanlardan iki nəfərin kimliyi bəlli olub. APA-nın yerli bürosunun xəbərinə görə, Salyan xəstəxanasına yerləşdirilən yaralılar “Mercedes”in sərnişini Cəlilabad sakini 1990-cı il təvəllüdlü Əzimov Fərid Habil oğlu və “VAZ 2106” markalı avtomobilin sərnişini Sabirabad sakini 27 yaşlı Hüseynov Babək Xanəhməd oğludur.

***** 21.33

Yeni inşa olunan Ələt-Astara avtomobil yolunda “Mercedes” və “VAZ 2106” markalı iki avtomobilin toqquşması nəticəsində 4 qadın hadisə yerində ölüb, 3 nəfər xəsarət alıb.

APA-nın  xəbərinə görə, hadisə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, hadisə yeni inşa olunan magıstral yolun istismara verilməyən hissəsində baş verib.

Hadisənin təfərrüatları, ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir.

 

Gununsesi.info