Ələtdə ağır qəzada bir ailənin üzvü olan 4 nəfər xəsarət alıb, 1-nin vəziyyəti ağırdır – YENİLƏNİB

  • By admin
  • 19 Noyabr 2017 14:58


Bu gün Bakı-Qazax magistralının Ələt qəsəbəsindən keçən hissəsində “Opel” markalı avtomobil mişar daşı yüklənmiş yük avtomobilinə arxadan çırpılması nəticəsində bir ailənin üzvləri olan 4 nəfərin xəsarət aldığı məlum olub.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, qəza nəticəsində sürücü, 1991-ci il təvəllüdlü Vüqar Məmmədov, sərnişinlər –1993-cü il təvəllüdlü Fuad Məmmədov, 1991-ci il təvəllüdlü Lamiyə Məmmədova və 1993-cü il təvəllüdlü Vəfa Məmmədova xəsarət alıblar.

V. Məmmədov, V. Məmmədova və L. Məmmədova Şirvan şəhər Xəstəxanasına yerləşdirilib. L. Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir. V. Məmmədov isə Bakıdakı xəstəxanalardan birinə aparılıb.

***

saat 14.34

Bu gün Bakı-Qazax magistralının Ələt qəsəbəsindən keçən hissəsində “Opel” markalı avtomobil mişar daşı yüklənmiş yük avtomobilinə arxadan çırpılıb.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, qəza nəticəsində “Opel” markalı minik avtomobilinin sürücüsü ağır vəziyyətdə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.

Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.

 

Gununsesi.info