Əli Məsimli “AZAL”-ın özəlləşdirilməyə çıxarılmasını təklif etdi - AZAL BÜDCƏYƏ ƏLAVƏ YÜKDÜR

  • By admin
  • 19 Yanvar 2017 12:56
eli-mesimli
“AZAl” özəlləşdirməyə çıxarılmalı, eyni zamanda, Azərbaycanın hava məkanına, aviasiya sahəsinə digər şirkətlər  buraxılmalıdır”.

“Azərbaycan aviasiyası, “AZAL” monopolistdir. Bunun qarşısı alınnmalıdır. Azərbaycan aviasiyası, “AZAL” Azərbaycan iqtisadiyyatına, büdcəyə əlavə yükdür. Odur ki, “AZAL” özəlləşməyə çıxarılmalıdır”.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Əli Məsimli Milli Məclisin (MM) qarşıdan gələn 2017-ci il yaz sesiyası ilə bağlı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yanvarın 19-da keçirilən iclasında dilə gətirb.
O, qeyd edib ki, neçə ki, “AZAL”-ın inhisarçılığı davam edəcək, biletlərin qiymətlərinin, tariflərin müəyyənləşdirilməsində özbaşınalıqlar və bunun da nəticəsində narazılıqlar davam edəcək.
“Ona görə də “AZAl” özəlləşdirməyə çıxarılmalı, eyni zamanda, Azərbaycanın hava məkanına, aviasiya sahəsinə digər şirkətlər də buraxılmalıdır”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info