Əməkdar artistin qızı “Space TV”-də aparıcı oldu – VİDEO + FOTO

  • By admin
  • 23 Oktyabr 2017 11:18

pizap.com15087419454561

Əməkdar artist Aybəniz Haşımovanın qızı, müğənni Aynişan Quliyeva “Space TV”-də aparıcı kimi fəaliyyətə başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ifaçı sosial şəbəkədə məlumat yayıb.

Yeni proqram “Belə, ya tərsinə” adlanır. Veriliş kənd qızlarının həyatından bəhs edir.

Qeyd edək ki, A.Quliyeva ötən il İstanbuldakı Baxçaşehir Universitetində magistratura pilləsini bitirib. O, eyni zamanda, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Həmçinin ötən mövsümlərdə “TV 8”-də yayımlanan “O səs Türkiyə” müsabiqəsinin iştirakçısı olub.