Əməkdar artistlə Nazəninin arasını vurdular: "...onu həyatımdan silirəm"

  • By admin
  • 21 İyun 2017 22:44

 e40969c0a0c29e1f1b84e7f446266ba2

 

Müğənni Nazənin əməkdar artist Nüşabə Ələsgərli ilə dostluğundan söhbət açıb. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişində qonaq olan müğənni bildirib ki, sənətdə yeganə dostu N.Ələsgərlidir: “Nüşabə ilə dostluğum sözlə bitəsi deyil. O, mənim pis günlərimin dostdur. İnsanın probleminə qulaq asan xanımdır. Bir söz olanda da adamı sözlə elə sakitləşdirir ki… Məni depresiyaya yalnız bir şey sala bilər. O da dostumun mənə naxələf çıxmağı. Dosta güvəndimsə, onu hər zaman qoruyuram”.

N.Ələsgərli isə aparıcının “Bu illər ərzində aranızı vuran oldu?” sualına belə cavab verib: “Mənə yox, Nazəninə mənim barəmdə nələrsə deyə bilərlər. O duyğusaldı, mən isə elə deyiləm. Mənə heç bir zaman kimsə deyə bilməz ki, Nazənin sənə filan vaxtı çəp baxıb. Elə bir şərait yaratmaram ki, onun barəsində mənə nəsə deyilsin. Uşaq deyiləm ki? Mənim öz mövqeyim var. Nazənin ərköyündü, amma “sözəgedən” adam deyil. Onun da kəskin xarakterləri var”.

Daha sonra Nazənin rəfiqəsinin sözlərinə “Mən dost və ya düşmən oldumsa, ömürlük oluram. Mənə qarşı etibarsızlıq edən dostlara qarşı da düşmənçilik etmirəm. Sadəcə onu həyatımdan silirəm. Çünki mən yalandan rol oynaya bilmirəm”, deyə cavab verib.

 

Gununsesi.info