Ən böyük ticarət tərəfdaşlarımız bu dövlətlərdir

  • By admin
  • 19 Fevral 2018 15:53

 

Yanvar ayında Azərbaycanın ən iri ticari tərəfdaşı İtaliya olub. Gununsesi.info

Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, İtaliya ilə ticarət dövriyyəsinin həcmi 297 milyon dollar olub. Bu da ümumi xarici ticarət dövriyyəsinin 17.2 faizini təşkil edir.

İkinci yerdə 163 milyon dollarlıq dövriyyə ilə Rusiya, üçüncü yerdə 138.8 milyon dollarlıq dövriyyə ilə İsrail tutur.

Qonşu dövlətləridən Türkiyə dördüncü (124.3 milyo dollar), Gürcüstan on üçüncü (43.3 milyon dollarla) yerdə qərarlaşıb.

Yanvar ayında məhsullarımızı ən çox ixrac etidyimiz dövlətlət İtaliya, İsrail, Avstriya təşkil olub. Ən çox idxal isə Rusiya, Türkiyə və Çin dövlətlərindəndir.

 

Vüsalə

Gununsesi.info