Ən ucuzu siqaret 16 manat olacaq

  • By admin
  • 25 Mart 2017 12:53

siqaret

İngiltərədə keçən ilin may ayında qəbul edilmiş yeni siqaret tələbləri 20 mayda qüvvəyə minir.

Gununsesi.info qafqazinfo-ya istinadən xəbər verir ki, tələblərə görə, artıq bütün siqaret qutularının dizaynı, forması və ölçüsü eyni olacaq. Siqaret paketində hər hansı bir loqo qətiyyən yer almayacaq. Mentollu və başqa ətirli siqaretlər də qadağan olunacaq.

Markası nə olursa olsun, bütün siqaret paketlərinin ön və arxa tərəflərinin 65 faizində siqaretin insan sağlamlığına vurduğu zərər barədə xəbərdarlıq yer alacaq.

Buna görə də siqaret istehsalçıları əllərindəki köhnə paketləri satmağa çalışırlar.

21 maydan etibarən ən ucuz siqaret paketinin qiyməti 8 funt-sterlinq 82 peny olacaq və qapalı rəflərdə satılacaq.

Ətirli adı altında satılan meyvəli, ədviyyatlı, bitki əsaslı, spirtli, şəkərli və ya vanilli bütün siqaretlərin satışı da qadağan olunacaq. Bundan başqa, siqaret qutularının üzərində yer alan “liqht,” “təbii”, “orqanik” kimi ifadələr də, siqaret istehlakçılarına mənfi təsir etdiyi və siqaretin sağlamlığa zərərli olmadığı düşüncəsinə yol açması səbəbindən qadağan olunacaq.

Daha az zərərli olduğu düşünülən mentollu siqaretlərin satışı da 20 may 2020-dən sonra qadağan olunacaq.

Gununsesi.info