Ərəb Dövlətləri Liqasının fövqəladə iclası olacaq

  • By admin
  • 23 İyul 2017 22:45

league-of-arab-states1

Qüdsdə vəziyyətin gərginləşməsi ilə əlaqədar Ərəb Dövlətləri Liqasının fövqəladə iclası keçiriləcək.

Gununsesi.info-nın xarici mediaya istinadən verdiyi xəbərə görə, iclasın keçirilməsi təşəbbüsü ilə İordaniya çıxış edib.

Görüş xarici işlər nazirləri səviyyəsində keçiriləcək.

Qeyd edək ki, iyulun 14-də Qüdsdə Əl-Aksa məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, bir polis yaralanıb. İsrail hökuməti bu olaydan sonra Əl-Aksa məscidinə girişdə yeni təhlükəsizlik qaydaları tətbiq edib. Bu, fələstinlilərin kütləvi etirazı ilə qarşılanıb.

Gununsesi.info