Ər-arvadı şantajla hədələyib 31 min manat alan şəxslər tutuldu

  • By admin
  • 20 May 2017 15:36

hebs_0451

 

Abşeronda ər-arvadı şantajla hədələyib pul almaqda şübhəli bilinən şəxslər saxlanılıb.Virtualaz.org bildirir ki, bu barədə DİN-in saytı xəbər yayıb. Məlumata görə, mayın 9-da Xırdalan şəhər sakinləri olan ər-arvad Abşeron RPİ-yə müraciət edərək 2012-ci ilin fevralından cari ilin may ayınadək olan müddətdə Saray qəsəbə sakinləri Nizami Cəfərov və Kamil Muxtarovun barələrində rüsvayedici məlumatlar yayacaqları ilə hədələyərək onlardan ümumilikdə 31 min manat pul aldıqlarını bildiriblər.

Abşeron RPİ əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində N.Cəfərov və K.Muxtarov tutulublar.

Faktla əlaqədar cinayət işi başlanılıb.

 

Gununsesi.info