Ərdoğan: "Kılıçdaroğlu gəlməyəcəm demişdi, amma quzu kimi gəldi"

  • By admin
  • 25 Mart 2017 16:32

 erdogann

 

“CHP lideri Kamal Kılıçdaroğluprezident sarayında keçiriləcək Liderlər Sammitinə gəlməyəcəyini deyirdi, amma quzu kimi gəldi”.APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Antalya şəhər bələdiyyəsinin yeni inzibati binasının açılışı mərasimində bildirib.
“Bunlara beş keçi verin, onu da qoruya bilməyəcəklər. Bu binanı (Antalya şəhər bələdiyyəsinin binasını – red.) qoruya bilmədikləri kimi… Məlum zat “ora getməyəcəm” demişdi, amma sonradan quzu kimi gəldi. Mən gələcəklərini bilirdim. Bunlar bir sözünün üstündə durmur. Axşam başqa şey deyirlər, səhər başqa şey”, – deyə prezident bildirib.

 

Gununsesi.info