Ərdoğan 7-8 naziri işdən azad edəcək - ƏBDÜLQƏDİR SELVİ

  • By admin
  • 29 May 2017 21:02

erdogan-turkaznews-640x346

Türkiyənin nüfuzlu “Hurriyet” qəzetinin AKP iqtidarına simpatiyası ilə seçilən yazarlarından olan Əbdülqədir Selvi  prezident Recep Tayyip Erdoğanın nazirlər kabinetindən 7-8 nəfəri dəyişdirəcəyini və bu siyahının cümə günü dəqiqləşəcəyini yazıb.

Gununsesi.info-nun turkaznews.com.az-a istinadən məlumatına görə, Selvi “Hurriyet”dəki yazısında bu sözlərə yer verib :

“Kabinet  dəyişikliyinin bu həftə ərzində dəqiqləşdiriləcəyi gözlənilir.  AK Partiyada dəyişikliklər adətən cümə günü baş verdiyi üçün hal-hazırda “xeyirli cümə” abu havası hökm sürür. “Cümə olarsa sürpriz olmaz, lakin gələn həftəyə də qala bilər” deyilib. Bu arada kulislərdə Baş nazir Binali Yıldırımın kabinet dəyişikliyini vacib hesab etdiyi, lakin prezident Erdoğanın məsələdə tələsmədiyi danışılır.

İlk dəfə nazir olacaq yeni namizədlər var

Artıq kulislərdə işdən çıxarılacaqlar, nazir olacaqlar, hətta kimin hansı nazirliyə təyin ediləcəyi danışılır. Baş nazirin 4-5 şəxsin dəyişilməsindən yana olduğu, prezidentin isə iqtisadi idarəetmə, xarici siyasət, kabinet içərisində yer dəyişikliyi, yeni şəxslərin kabinetə daxil edilməsini birlikdə dəyərləndirdiyi deyilir. İlk dəfə nazir postuna oturacaq yeni namizədlər var. Bu gün Mərkəzi İdarəetmə Qurumuna daxil olacaq adlar kabinetə daxil ediləcəklər məsələsində bizi fikir sahibi edəcək. Əgər Erdoğan geniş əhatəli dəyişiklik etmək istəsə 7-8 nazir dəyişiləcək. Əgər kabinet dəyişikliyinə istəksiz, lakin bu dəyişikliyin vaxtının gəlib çatdığını düşünərsə o zaman daha az nazir dəyişikliyi ilə kifayətlənə bilər”.

Gununsesi.info