Ərdoğanın Bakıya səfərini aktual edən amillər - POLİTOLOQ

  • By admin
  • 18 Avqust 2017 17:10

elxan sahinoglu

Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan sentyabrın 10-11-də Azərbaycana səfərini şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, onun Azərbaycana səfərini aktualalşdıran bir sıra məsələlər var.

Gununsesi.info xəbər verir ki, politoloq Elxan Şahinoğlu Ərdoğanın Bakıya səfərinin aktuallığını şərtləndirəm amillərə misal olaraq qeyd edərək bildirib ki, birincisi, Bakı-Tiflis-Qars dəmiryolu tamamlanıb.

“İkincisi, Azərbaycan qazını Türkiyə üzərindən Avropaya daşıyacaq boru xətlərinin inşaatı sürətlə gedir. Üstəgəl, Türkiyə bu layihədə Türkmənistanın iştirakını da arzulayır. Üçüncüsü, Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçidinə ehtiyac var. Dördüncüsü, Fətullah Gülənin vaxtilə xarici ölkələr içərisində ən güclü şəbəkəsi Azərbaycanda idi, aparılan tədbirlər nəticəsində qol-qanadı qırıldı, ancaq nəfəs aldığına dair Ankaranın şübhələri ola bilər. Fikrimcə, Ərdoğan əməkdaşlıqdakı sadalanan istiqamətləri müzakirə etmək, mövcud durumu dəyərləndirmək və gələcək planlara bir daha göz gəzdirmək baxımından Bakıya gəlir”- deyə, politoloq bildirib.

Gununsesi.info