Ərdoğanın çağırışı Avstriyanı rahatsız etdi

  • By admin
  • 20 Avqust 2017 21:07

cumhurbaskan-i-erdogan-dan-israil-e-mescid-i-9861602_3528_o

Avstriya daxili işlər naziri Sebastyan Kurts Türkiyənin ölkənin daxili işlərinə qarışmasına dözməyəcəyini bəyan edib.

Gununsesi.info  “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, o, bu barədə “Welt” qəzetinə müsahibəsində bildirib.

Kurts deyib ki, Türkiyə prezidenti Ərdoğan təkcə Almaniyanın deyil, digər ölkələrin də daxili işlərinə qarışır:

“Türkiyə xüsusən də Avstriya və Almaniyadakı türk mənşəli vətəndaşlardan istifadə etməyə, Türkiyədəki münaqişələri qütbləşdirməyə və Avropa İttifaqına ötürməyə çalışır”.

Gununsesi.info