Ərdoğanın tərəfdarından qeyri-adi addım - ONU DEVİRMƏK İSTƏYƏNLƏRİN TUTULMASI ÜÇÜN 800 MİN DOLLAR VƏD ETDİ

  • By admin
  • 13 Dekabr 2017 17:28

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tərəfdarlarından biri ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) iki sabiq əməkdaşı üçün 800 min dollar ödəməyə hazırdır.

Gununsesi.info publika.az-a istinadən xəbər verir ki, bu haqda Amerika məmurlarına istinadən “Washington Free Beacon” nəşri bildirib.

Qəzetin mənbələrinin məlumatına görə, söhbət Pentaqonun keçmiş əməkdaşı Maykl Rubin və MKİ-nin sabiq əməkdaşı Qraham Fullerdən gedir. Onlar 2016-cı il iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdində şübhəli bilinirlər.

Nəşrin mənbələri qeyd edir ki, Türkiyə prokurorluğu Rəcəb Tayyib Ərdoğan dəfələrlə tənqid edən Rubin və Fullerin həbsinə order verib.

Mənbələr Pentaqon və MKİ-nin sabiq əməkdaşlarının Türkiyədəki hərbi çevriliş cəhdində hər hansı iştirakı haqqında iddiaları absurd adlandırıb.

Gununsesi.info