Əri ölən qadınlar və 9-10 yaşlı qızlar pul müqabilində CİNSİ ƏLAQƏYƏ MƏCBUR EDİLİR - FOTOLAR

  • By admin
  • 17 Oktyabr 2017 12:52

zorlama12

Afrikanın cənubunda yerləşən Malavidəki qəribə adətlər digər ölkələrin vətəndaşlarını dəhşətə gətirir. Belə ki, burada 9-10 yaşlı qızlar və dul qadınlar cinsi əlaqəyə məcbur edilir.

Gununsesi.info “Haberler”ə istinadla bildirir ki, Malavinin cənubundakı bəzi kəndlərdə adətə görə, əri ölən qadın başqası ilə cinsi əlaqədə olub “təmizlənməzsə” o, ərinin cəsədini görə bilməz.

Həmçinin bu kənddə adətə görə, ilk dəfə heyzli olan qız uşaqları 3 gün ərzində yaşlı kişi ilə cinsi əlaqəyə məcbur edilirlər.

Əri ölən qadınlar və ilk dəfə heyz olan uşaqlar istədikləri adamla deyil, kəndlilər tərəfindən müəyyən edilmiş yaşlı kişi ilə pul qarşılığında cinsi əlaqəyə məcbur edilirlər.

Bu kişiyə kəndlilər arasında “kaftar” adı verilib. O, bu vaxta qədər yüzlərlə uşaq və əri ölmüş qadınla cinsi əlaqədə olub.

BBC-nin müxbiri Ed Butler həmin kənddən fotoreportaj hazırlayıb.

Milli.Az həmin kəndin və “kaftar”ın fotolarını təqdim edir:

Bu adətin ən mənfi xüsusiyyətlərindən biri isə cinsi yolla keçən xəstəliklərin kənddə sürətlə yayılmasıdır.

590917_19 590917_02 590917_23 590917_10

Gununsesi.info