Əsəd Türkiyədə yaşayan jurnalistlə qızını öldürtdü – Foto

  • By admin
  • 24 Sentyabr 2017 11:25

BAKAN ÇAVUŞOĞLU ABD'DE TUTUKLU BULUNAN SİNAN NARİN VE EYÜP YILDIRIM'I ZİYARET ETTİ

İstanbulun Üsküdar rayonunda suriyalı fəal, 60 yaşlı jurnalist Orouba Barakat və eyni zamanda özü kimi jurnalist olan 22 yaşlı qızı Halla Barakat qətlə yetirilib.

Gununsesi.info-nun verdiyi mılumata görə, ana ilə qızının evdə boğazları kəsilmiş halda cəsədləri aşkarlanıb.

Dünən dəfn olunan O. Barakatın bacısı ilə qardaşı qətldə Suriya prezidenti Bəşər Əsədin əli olduğunu iddia ediblər: “Bunu Əsəddən başqa heç kim edə bilməz. Oroubanı telefon və internet vasitəsilə hədələyirdi”.

Hazırda Türkiyə polisi faktla bağlı araşdırmalar aparır.

510

Gununsesi.info