Heç buzdan hazırlanan real maşın görmüsünüz?
Əgər sizi inandırmağa çalışsaq ki, onu həm də adi avtomobil kimi idarə etmək də olur necə?
Gununsesi.info RT-yə istinadən xəbər verir ki, Rusiyanın Novosibirsk şəhərindən olan bir avtomobil həvəskarı UAZ-ın bazasında buzdan Mercedes-Benz G avtomobilini hazırlayıb.
Buz avtomobil 5 ton ağrılığındadır. Xüsusi işıqlandırma sistemi olan maşın hərəkət də edir. Bu gözəlliyin hazırlanma prosesinə ustanın iki həftə vaxtı sərf olunub.
p.s.; qeyd edək ki, avtomobilin işlək detalları da buzdan hazırlanıb və cilalanıb.
Gununsesi.info