1 il əvvəl satışa çıxarılan kəndə müştəri çıxdı - 25 MİLYON DOLLAR ÖDƏNİLİB

  • By admin
  • 27 Aprel 2017 21:17

kend 25 milyona satildi

Ötən il İngiltərədə 20 milyon funt sterlinqə (25 milyon dollar) satışa çıxarılan kəndın alıcısı tapılıb.

Gununsesi.info-nun BBC-yə istinadən verdiyi məlumata görə, İngiltərənin şimal-qərbində yerləşən West Heslerton kəndində 21 otaqlı bir malikanə, bir bar, bir yanacaqdoldurma stansiyası və 43 ev var.

2100 hektar sahəyə malik olan kənd 150 ildir ki tək bir ailəyə məxsus olub. Ailənin ən yaşlı üzvü vəfat etdikdən sonra kənd də satışa çıxarılmışdı.

Satışı həyata keçirən Cundalis əmlak şirkəti kəndin Norfolk bölgəsindəki Albanwise investisiya şirkətinə satıldığını söyləyib.

Şirkətdən verilən açıqlamada satışın cümə günü başa çatacağı bildirilir. Şirkət nümayəndələri kənd sakinlərilə görüşüblər.

Gununsesi.info