10 yaşlı zorlanmış qız ana oldu - HİNDİSTANDA

  • By admin
  • 17 Avqust 2017 22:00

 

zorlama12

Hindistanda cinsi təcavüzə məruz qalmış və nəticədə hamiləliyini abort etmək müraciəti Ali Məhkəmə tərəfindən rədd edilən 10 yaşlı qızın qız uşağı olub.

Deyilənlərə görə, 10 yaşlı uşaq hamilə olduğunu bilmirdi və onun qarnının böyüməsi ona qarnında daş olduğu ilə izah edilmişdi.

Gununsesi.info BBC-yə istinadən bildirir ki, hamilə qız, 2,5 kiloluq qızı dünyaya cümə axşamı günü Çandiqarx şəhərində yerləşən bir xəstəxanada gətirib.

Həm ananın həm də ki, körpənin vəziyyəti yaxşıdır, bir rəsmi BBC-ə deyib.

Qız, son yeddi ay ərzində yaxın qohumu tərəfindən dəfələrlə zorlandığını iddia edib və hazırda o, həbsdədir.

Onun hamiləliyi bir ay əvvəl, qız qarın ağrısından şikayətinə görə xəstəxanaya aparıldıqdan sonra aşkar olunub.

Hindistan Ali Məhkəməsi onun hamiləliyi həddindən artıq inkişaf etdiyinə görə aborta icazə verməyib. Məhkəmə, qərarını bir qrup doktorun hamiləliyin 32-ci həftədə “çox risk” daşıması tövsiyəsilə əsaslandırıb.

Gununsesi.info