Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

18 Yanvar 2018
17 Yanvar 2018

12 Yanvar 2018 - 18:16

104 yaşlı Mədinə Əliyeva Çeçenistana göndərildi

Goranboyda küçədə aşkarlanmış 104 yaşlı Mədinə Əliyevə Çeçenistana göndərilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Haqqin.az-a “Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova açıqlama verib.

Xatırladaq ki, bir neçə gün əvvəl Yeni il bayramı ərəfəsində, Goranboyda, soyuq hava şəraitində küçədə qalan Mədinə Əliyeva adlı 104 yaşlı Çeçenistan sakinin tapıldığı barədə məlumatlar dərc olunmuşdu.

İlkin tibbi yardımın göstərilməsindən sonra ahıl xanım Bakıda sığınacağa  yerləşdirilmişdi. Qadın Kərbəlanı ziyarət etməyə çalışsa da, yoldaşları onu aldadaraq Goranboyda tərk edib. Mədinə Əliyeva Çeçenistana qaytarılması üçün kömək istəyib.

Bir neçə gün sonra Mədinə Əliyevanın taleyi ilə şəxsən Çeçenistan lideri Ramzan Kadırov maraqlanıb, o, müvafiq strukturlara əlacsız qadına yardım etmələrinə dair göstəriş verib.

Ötən gecə M.Əliyeva Çeçenistandan olan nümayəndə heyətinin müşayiəti ilə Azərbaycanı tərk edib.

“Azərbaycan DİN və Çeçenistan nümayəndə heyətinin vasitəçiliyi ilə, o, Çeçenistana göndərilib.  Bakıda ona bütün lazımi tibbi yardım göstərilib. Ancaq Çeçenistanda yaşamaq istəyini nəzərə alaraq, onun Rusiyaya göndərilməsinə qərar verilib”, – deyə Mehriban Zeynalova bildirib.

Gununsesi.info