112 ildən sonra arzusu reallaşdı - AD GÜNÜNDƏ ONA YANĞINSÖNDÜRƏN MAŞIN HƏDİYYƏ EDİLDİ

  • By admin
  • 25 Mart 2017 18:32

112 yasli qadin2

Fransanın Monpelye şəhərinin ən yaşlı sakinlərindən olan 112 yaşlı Matilda Lartiqin arzusu həyata keçib.

Gununsesi.info ria.ru-ya istinadən xəbər verir ki, Monpelye şəhərinin yanğınsöndürən briqadası Matildaya ad günü hədiyyəsi olaraq öz maşınlarını icarəyə verib və onu həmin maşında gəzdiriblər.

24 mart 1905-ci il tarixdə anadan olan 112 yaşlı Matilda Lartiq Fransanın ən yaşlı sakinlərinin siyahısında 7-ci yerdə qərarlaşıb. O, 17 prezident, iki dünya müharibəsi görüb. Sürücülük vəsiqəsi alan ilk qadınlardan olan və hazırda qocalar evində yaşayan Matilda yanğınsöndürən maşın sürmək arzusunu isə 112 il sonra reallaşdıra bilib. Beləliklə də o, yanğınsöndürənlərlə birlikdə Monpelye şəhərinin küçələrini gəzib və bundan zövq aldığını ifadə edib.

Gununsesi.info