Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

18 Yanvar 2018

12 Avqust 2017 - 15:00

12 yaşlı oğlanı “İblis” adlandırırlar- VİDEO

598edcd69d894_2iblis

12 yaşlı Tarikin əllərində deformasiya var. Onun barmaqları anomal şəkildə şişib və böyüyüb.

Tarikin iki əlindəki baş və şəhadət barmaqları arasındakı məsafə artıq 30 santimetrə çatıb.

Daily Mail bildirir ki, Hindistanın Uttar-Pradeş ştatında yaşayır. O, əllərinin anomal böyüməsi ucbatından yaşıdları ilə oynaya bilmir, məktəbə də getmir.

Tarikin dediyinə görə, əlləri yaşıdlarını qorxudur: “Məndən qaçırlar, “İblis” deyirlər”.

Atası ölmüş Tariki böyük qardaşı saxlayır.

Onların xəstəliyi müalicə etmək üçün pulları yoxdur.

Çayxanada xidmətçi işləyən Tarik deyir: “Bu bəlamdan qurtulmaq istəyirəm. Yaşıdlarım kimi oynamaq, məktəbə getmək istəyirəm. Ümid edirəm ki, xəstəliyimə çarə tapılacaq, müalicə olunacam”.

Tarikin qardaşı Harqyana isə söyləyib: “Məktəb rəhbərliyi dedi ki, qardaşımın əlləri başqa uşaqları qorxutduğu üçün onu dərsələrə buraxa bilməzlər. Başqa məktəblərə üz tutduq, hər yerdə eyni cavabı eşitdik. Qardaşım yemək yeyəndə, çiməndə, paltar geyinəndə əziyyət çəkir”

Gununsesi.info