14 yaşadək uşaqlar arasında Hepatit B xəstəliyinə yoluxma halları 37 faiz azalıb

  • By admin
  • 14 Yanvar 2017 16:26

hepatit

 

Bakıda yeni tikilmiş Respublika Taun Əleyhinə Stansiyasının Mərkəzi Referens Laboratoriyasının yaxın zamanda istifadəyə verilməsi nəzərdə tutulub.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, bu laboratoriyada yüksək biotəhlükəsizlik şəraitində virusoloji, bakterioloji, seroloji müayinələr, gen səviyyəsində diaqnostika üsulları tətbiq olunacaq.

Ümumilikdə isə yoluxucu xəstəliklərin diaqnostikasının vaxtında və keyfiyyətlə həyata keçirilməsi məqsədilə son illər sanitariya-epidemioloji xidmətin laborator bazası möhkəmləndirilib.

Nazirlikdən bildirilib ki, XXI əsrin ilk illərindən uşaqların B hepatiti xəstəliyinə qarşı peyvənd olunmasına başlanılıb. Keçən müddət ərzində ilkin xəstələnmə 2,2 dəfə azalıb. Peyvənd tətbiq olunanadək bu xəstəliyin aşkar edildiyi şəxslərin 38 faizi 14 yaşa qədər uşaqlar idisə, hazırda həmin göstərici cəmi 1 faizdir.

Gununsesi.info