17 yaşlı ana əyləncəyə getdi, evdə qalan körpə aclıqdan öldü

  • By admin
  • 21 Sentyabr 2017 22:58

annesinin_evde_biraktigi_bebek_acliktan_oldu_1506013538_5392
Rusiyanın Rostov şəhərində qandonduran hadisə baş verib.

Gununsesi.info xəbər verir ki, 17 yaşlı Viktoriya Kuznetsova dostları ilə əylənmək üçün evdən çıxıb və körpəsini evdə qoyub.

Kuznetsova 1 həftə evə qayıtmayıb. Ac və susuz qalan körpə dünyasını dəyişib.

Qonşular bu müddət ərzində evdə heç bir hərəkətliliyin olmadığını görüb və evə baş çəkincə uşağın cansız bədəni ilə qarşılaşıblar.

Dərhal polisə məlumat verilib. Polis 17 yaşlı ananı saxlayıb. O ilkin ifadəsində uşağı xalasının evinə qoyduğunu deyib.

Qeyd edək ki, V.Kuznetsovanı 10 il həbs cəzası gözləyir.

 

Gununsesi.info