17 yaşlı qız 43 min dəfə zorlanıb - DƏHŞƏTLİ FAKTLAR

  • By admin
  • 22 Noyabr 2017 20:18

“17 yaşıma çatanadək cəhənnəmdə oldum. 4 ildə məni 43200 dəfə zorladılar”.

Meksikalı Karla Yasintonun dediyinə görə, 12 yaşı olanda insan alverçilərinin toruna düşüb.

Gununsesi.info xəbər verir ki yoxsul ailədə doğulan Yasinta uşaqlıq illərində döyülür, söyülür, ağır işlərə vadar edilirdi. 12 yaşı tamam olanda o, Mexikoda 22 yaşlı gənclə tanış olub. Bu gəncin şirin dilinə və hədiyyələrinə aldanan Yasinta “sevildiyini” düşünür.

Qız evdən qaçır, “sevgilisi” ilə birlikdə Tlaskala ştatındakı Tenansinqo şəhərində yaşamağa başlayır.

Tenansiqo şəhəri isə Meksikada insan alverinin mərkəzlərindən biri, fahişə “ixracı” yeri kimi tanınır.

Birgə yaşamın üçüncü ayında “sevgilisi” Yasintanı döyür və fahişəliyə vadar edir.

13 yaşlı Yasinta hər gün səhər saat 10-dan gecəyarısınadək “işləyir”. Bəzən gündə 30 kişi ilə yatağa girirdi.

“Sevgilisi” onu şəhərdən şəhərə aparsa da, vəziyyət dəyişmirdi.

13 yaşı olanda Yasintanın “işlədiyi” otelə polislər basqın edir. Polislərin onu və digər qadınları azad edəcəyini düşünən Yasinta yanılmışdı: meksikalı polislər onları zorlayandan sonra döydülər, pullarını əllərindən alıb getdilər.

Yasinta 15 yaşına çatanda “sevgilisi”ndən uşaq doğub.

O, yalnız 2008-ci ildə Mexikoda xüsusi polis əməliyyatı zamanı azad olunub.

Yasinta indi Meksikada insan alveri ilə mübarizə aparan qeyri-hökumət təşkilatında çalışır, başına gətirilmiş bəlalardan bəhs edir.

Gununsesi.info