Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

20 Noyabr 2017
19 Noyabr 2017

23 Oktyabr 2017 - 16:14

1956-cı il Macarıstan inqilabı- MƏĞLUBİYYƏTİN TARİXÇƏSİ

timthumb

1956 cı il oktyabrın 23 də Macarıstan paytaxtı Budapeştin mərkəzi meydanında insanlar “Macar xalqının böyük dostu, dahi rəhbər” İ.Stalinin 25 metr hündürlüyündə bürünc heykəlinin başına kəndir keçirərək uçururlar. “Dahi rəhbərin” qopardılmış başı, alnına təhqiramiz sözlər yazılaraq meydanın ortasında qalmışdı. Bu, macar xalqının stalinizm idarəçiliyinə  qarşı olan xalq üsyanı idi.

1945 ci il fevralında sovet qoşunları Budapeşti azad etsələrdə, digər Şərqi Avropa ölkələrində olduğu kimi Macarıstan ərazisini tərk etmək fikrində deyildilər. Bolşeviklər həmin ölkələrə faşizm üzərində qələbədə iştirak etdiklərinə görə Sovet İttifaqına çatacaq “Geopolitik mükafat” kimi yanaşırdılar. Lakin, sonralar tarix sübut etdi ki, həmin ölkələr SSRİ üçün ağır iqtisadi, siyasi və ideologi yükə çevrildi. Hansıki bu yük sonralar, sosializm sisteminin dağılmasında və SSRİ nin süqutunda əhəmiyyətli rollardan birini oynadı.

İkinci Dünya müharibəsi başa çatdıqdan sonra, 1947 ci il fevralın 10 da “Paris Sülh Müqaviləsi” nə əsasən, Macarıstan Dünya Müharibəsi zamanı SSRİ, Yuqoslaviya və Çexoslovakiyaya vurduğu zərərə görə 300 mil dollar məbləğində təzminat ödəməli idi. Bununla yanaşı, müttəfiq qoşunları Avstriyanı tərk etdikdən sonra, sovet qoşunlarıda Macarıstan ərazisini tərk etməli idilər. Lakin, 1955 ci ilin oktyabrında sovet işğal qoşunu Avstriyanı tərk etsədə, Macarıstan ərazisini tərk etmək fikrində deyildi. Eyni zamanda, Macarıstan 1955 ci ilin mayında  Şərqi Avropanın SSRİ tərəfindən işğalını qanuniləşdirən Varşava Müqaviləsi Təşkilatı adlı hərbi – siyasi bloka daxil edilir.

Bolşeviklər Şərqi Avropadakı kommunist partiyalarına siyasi və ideoloji mövqelərini möhkəmləndirmək üçün əsas vassitə kimi yanaşırdılar. Qələbə eyforiyasında olan sovet rəhbərliyi belə hesab edirdi ki, şərqi avropa xalqları faşizm üzərində qələbəyə görə məhz onlara minnətdar olmalı və bu qələbə digər xalqlara sovet rejiminin nə dərəcədə doğru seçim olduğunu bir daha nümayiş etdirmiş olub. Lakin tezliklə, sovet rəhbərliyi bunun illuziya olduğunu anlamağa başlayır. Belə ki, 1945 ci ilin noyabrında Macarıstanda çoxpartiyalı sistem əsasında         demokratik seçkilər keçirilir. Seçki nəticəsində liberal sağ təmayüllü Kiçik Kənd Sahibkarları Partiyası səsələrin 50% artığını toplayaraq seçkilərdə qalib gəlir. Kommunistlər isə yalnız 17 % səs toplaya bilirləır. Növbəti, 1949 cu il seçkiləri isə Macarıstan Əmək Partiyasının (Kommunist) xeyrinə kütləvi şəkildə saxtalaşdırılır.

Rakoşi başda olmaqla hakimiyyəti ələ keçirmiş kommunistlər ölkədə diktatura rejimi qurmağa başlayırlar. Macarıstanda kommunist partiyasından başqa bütün partiyalar ləğv edilir, mətbuat üzərində senzura tətbiq edilir, siyasi fikirlərinə görə insanlar kütləvi şəkildə həbs edilir. Həmin dövrdə 8 mil əhalisi olan Macarıstanda 500 min şəxsə qarşı siyasi motivlər əsasında cinayət işi açılaraq həbs edilmişdi. Beləliklə, ölkədə vaxtilə mövcud olmuş Xorti diktaturası qırmızı sovet diktaturası ilə əvəz olunur.

Qatı stalinist tərəfdarı olan Rakoşi süni şəkildə ölkədə sovet sistemini tətbiq etməyə başlayır. Uğursuz sənayeləşdirmə və zorakı kollektivləşdirmə prossesi sosial – iqtisadi vəziyyəti daha da pisləşdirir. Belə ki, əhalinin  həyat səviyyəsi 25% aşağı enmiş, 85 % isə yoxsulluq həddindən aşağı səviyyədə yaşayırdı. Bununla yanaşı təbii ki, ətrafda baş verən siyasi prosseslərdə Macarıstana təsirsiz ötüşmürdü.

1947 ci ildə İ. Stalinlə Yuqoslaviya lideri B. Tito arasında ciddi qarşıdurma yaranır. Stalinin Yuqoslaviya, Bolqariya, Rumıniya və Albaniyanı vahid Balkan Federasiyasında birləşdirmək təşəbbüsü Tito tərəfində rədd edilir. Həmin ilin payızında isə, Yuqoslaviya Albaniyanı özünə birləşdirmək məqsədilə albaniya ərazisinə iki hərbi diviziya yeridir. Stalin vəziyyəti müzakirə etmək üçün Titonu Moskvaya dəvət edir.  B. Tito “Moskvaya getmək asandı lakin, ordan sağ qayıtmağa heç bir təminat yoxdu” deyərək təklifi rədd edir. Buna cavab olaraq isə, Stalin Titonu hakimiyyətdən devirmək qərarına gəlir. Plana əsasən, Macarıstan ərazisindəki sovet qoşunları macar ordusunun iştirakı ilə birgə Yuqoslaviya ərazisinə daxil olmalı idi. Beləliklə, SSRİ də Tito, Yuqoslaviyada isə Stalin əleyhinə kütləvi propaqanda prossesi başlanır. Eyni zamanda, SSRİ nin regiondakı təsir dairəsini zəiflətmək məqsədilə Yuqoslaviya Macarıstana istiqamətlənmiş antistalin və antisovet propagandasına start vermiş olur. Təbii ki bu propaqanda da, macarıstan əhalisi arasında təsirsiz ötüşməmişdi. Beləliklə, SSRİ də “Tito tərfdarlarının”, Yuqoslaviyada isə, “Stalin tərəfdarlarının” kütləvi həbsləri başlanır. Yaranmış vəziyyətdən öz xeyrinə istifadə etməyə çalışan Macaristan Əmək Partiyasının baş katibi M.Rakoşi isə daxildə siyasi rəqiblərini “Tito tərəfdarları” elan edərək həbs etdirir və ölüm hökmü ilə cəzalandırırdı.

Lakin, Rakoşi partiya daxilindəki rəqibləri üzərində tam qələbə çala bilmir. Partiya daxili mübarizədə Rakoşiyə qarşı müxalifətə İmre Nad ( mac: Nagy İmre) rəhbərlik edirdi.

1953 cü il martında İ.Stalin vəfat etdikdən sonra, Rakoşi və onun tərəfdarlarının mövqeləri hiss olunacaq dərəcədə zəifləyir və 1953 cü ilin iyununda Rakoşi nazirlər sovetinin sədri vəzifəsindən azad edilir. Həmin vəzifəyə onun rəqibi İ.Nad təyin edilir. İmre Nadın rəhbərlik etdiyi hökumət bir sıra islahatlar həyata keçirməyə başlayır.

Belə ki, kapital qoyuluşu əsasən yüngül və yeyinti sənayesinə istiqamətləndirilir, kəndlərdə kollektivləşdirmə prossesi dayandırılır, vergilər azaldılır, əmək haqqları artırılır, siyasi repressiyalara son qoyulur. Bununla yanaşı, ölkənin ictimai siyasi həyatında da, liberallaşdırma prossesi başlanır. Nəticədə bir sıra müstəqil dərnəklər və siyasi diskusiya klubları fəaliyyətə başlayır. Xüsusilə də, ziyalıların təşkil etdikləri “Koşuta” diskusiya klubu və tələbələrin yaratdığl “Petyofi dərnəyi” əhali arasında geniş populyarlıq qazanmışdı.

Məhz, İmre Nadın həyata keçiridiyi iqtisadi, siaysi və sosial islahatlar əhaliyə kommunizmin alternativi olan siyasi sistemin üstünlüklərini açıq şəkildə nümayiş etdirdi. Lakin, 1955 ci il aprelin 18 də Rakoşi tərəfdarlarının səyi nəticəsində İ. Nad vəzifədən və partiyadan xaric edilir. Bu hadisə əhali tərəfindən ciddi narazılıqla qarşılanır. Ölkə yenidən stalinizm prinsiplərinə qayıtmağa başlayır. Təbii olaraq, ciddi narazılıqlarla müşahidə olunan bu prosses Moskvanıda narahat etməyə başlayır. Artıq, Rakoşinin idarəçilik metodu 1956 cı ilin fevraında Sov İKP nin XX ci quqrltayında Stalin kultunun tənqidi prinsipləri ilə zidiyyət təşkil edirdi. Elə buna görədir ki, 1956 cı ilin iyulunda Moskvanın təzyiqi ilə Rakoşi baş katib vəzifəsindən azad edilir. Rakoşi vəzifədən azad edilsə də, yeni baş katib vəzifəsinə onun yaxın silahdaşı, digər bir stalinist Erne Qeryo təyin edilir. Nəticədə mahiyyət etibarı ilə heç bir şey dəyişmir. Təbii ki, yeni təyinat Moskva tərəfindən həyata keçirilən ən böyük səhf addım hesab edilə bilər.

Bütün təqib və təzyiqlərə baxmayaraq, macar xalqı xüsusilə də, ziyalılar və tələbələr açıq şəkildə antisovet propagandası aparır və Macarıstanın müstəqilliyini tələb edirdilər.

1956 cı il oktyabrın ortalarında Macarıstan universitetləri kütləvi şəkildə Macarıstan Kommunist Demokratik Gənclər İttifaqından (Komsomol ) çıxaraq müstəqi gənclər ittifaqı yartmaları barədə qərar qəbul edirlər. Yeni yaradılmış gənclər ittifaqları oktyabrın 22 də Budapeşt Texniki Universitetində birgə toplantı keçirir və 16 bənddən ibarət Manifest hazırlayırlar.

Həmi Manifest əsasən aşağıdakı tələblərdən ibarət idi: sovet ordusu Macarıstan ərazisindən çıxarılsın; ölkədə azad seçkilər keçirilsin; senzura ləğv edilsin; siaysi məhbuslar azad edilsin; milli simvollar bərpa edilsin; İmre Nad vəzifəsinə qaytarılsın.

İmre Nadın yenidən vəzifəyə bərpa edilməsi tələbi ilə təxminən bir həftə əvvəl Macarıstan Yaziçilar Birliyidə xüsusi bəyanatla çıxış etmişdi. Beləliklə, İmre Nad faktoru azadlıq, müstəqillik və demokratiya uğrunda mübarizə “simvolu”na çevrilmişdi.

Okrtyabrın 23 də saat 14.00 da universitet tələbələri Budapeşt küçələrində dinc yürüşə başlayırlar. Bunu görən şəhər əhalisi kütləvi şəkildə yürüşə qoşulur və yürüş iştirakçılarının sayı təxminən 200 minə çatır. Bir qrup tələbə isə, Manifestin radio ilə oxunması üçün Mərkəzi Radionun yerləşdiyi binanın qarşısına gəlirlər. Həmin vaxt bina Macarıstan Təhlükəsizlik İdarəsi (AVH) əməkdaşları tərəfindən mühafizəyə götürülmüşdü. Manifestin radio ilə oxunması üçün tələbələr öz aralarından beş nəfər nümayəndə seçərək radio rəhbərliyi ilə danışığa göndərirlər. Həmin danışıqlara gedən tələbələr bir daha geri dönmürlər. AVH əməkdaşları isə binanın ətrafındakı tələbələrə qarşı gözyaşardıcı qaz bombalarından istifadə edirlər. Tələbələrsə qaz bombalarını geriyə, binaya atırlar və bina tüstülənməyə başlayır. Həmin hadisə haqqında məlumatlar sürətlə bütün şəhərə yayılır və əhali kütləvi şəkildə radio binasının ətrafına toplaşır. Radio binası əhali tərəfindən mühasirəyə alınır. Lakin, bir qeyri – adi hadisə əhalinin diqqətini cəlb edir. Belə ki, radio binasına fasiləsiz olaraq çoxlu sayda təcili tibbi yardım maşınları daxil olur. Bundan şübhələnən əhali həmin maşınların qarşısını kəsirlər. Maşınları yoxlayan zaman məlum olur ki, həmin maşınlarda silahlar və sanitar xalatı geymiş AVH əməkdaşları daşınır. Həmin silahları ələ keçirən əhali binanı tam mühasirəyə alır. Beləliklə, ilk silahlı toqquşmalar başlanır. Silah əldə etmək üçün bir qrup əhali Budapeştdəki macar ordusunun hərbi hissəsinin qarşısına gəlirlər. Həmin hərbi hissənin bir qrup zabit və əsgərləri də əhaliyə qoşulurlar.

Artıq, nəzarətdən çıxmış vəziyyəti yenidən nəzarət altına almaq məqsədilə oktyabrın 24 də sovet rəhbərliyi Budapeşt şəhərinə sovet hərbi tanklarının yeridilməsi haqqında göstəriş verir. Eyni zamanda, həmin gün İmre Nad yenidən nazirlər sovetinin sədri vəzifəsinə geri qaytarılır. İ. Nad xalqa müraciət edərək silahlı müqaviməti dayandırmağa çağırır və islahatlara davam edəcəyini bildirir. Lakin, əhali İ.Nadın bu müraciətini faktiki olaraq rədd edir.

Beləliklə, Budapeşt şəhəri əsl müharibə meydanına çevrilir. Əsasən avtomat, qranat və “Molotov kokteyli” ilə silahlanmış budapeşt əhalisi sovet tankları və hərbi texnikası ilə döyüşə girirlər. Budapeşt küçələrini yaxşı tanımayan və dar küçələrdə ilişib qalan sovet tankları macarların hədəfinə çevrilirlər. Sovet tankları isə qarşısına çıxan bütün binaları atəşə tuturlar. Sovet tankları tərəfindən çoxlu sayda yaşayış binaları bombardman edilir və nəticədə çox sayda dinc insanlar qətlə yetrilir. Texniki üstünlüyün sovet qoşunları tərəfində olmasına baxmayaraq əhalinin müqavimətini qırmaq mümkün olmur. Budapeşt döyüşləri zamanı sovet ordusu 60 yaxın tank və hərbi texnika itirir. Yaranmış vəziyyəti müzakirə etmək üçün Sov İKP MK Politbüro üzvləri A. Mikoyan və M. Suslov oktyabrın 27 də Budapeştə gəlirlər. İmre Nadla görüşən sovet nümayəndələri vəziyyətdən çıxış yolu kimi sovet qoşunlarının şəhərədən çıxarılmasının vacib olduğunu bildirirlər. Oktyabrın 28 də N. Xruşşov sovet qoşunlarının Budapeştdən çıxarılması haqqında göstəriş verir. Bu, əslində macarların sovet qoşunları üzərində hərbi qələbəsi idi.

İmre Nadın qarşısında iki seçim var idi. Sovet qoşunlarının köməyi ilə ölkədə sabitlik yaradaraq sovet sisteminin bərpası və ya, xalqın tələbəni nəzərə alaraq islahatları davam etdirmək. Sonda İmre Nad ikinci seçimə üstünlük verərək islahatları davam etdirmək qərarına gəlir. O, Ssosial Demokratlar və Kiçik Kənd Sahibkarları Partiyası ilə birgə koalision hökumət formalaşdırır. Hökumət noyabrın 1 də Macarıstanın Varşava Müqaviləsi Təşkilatından çıxdığını və bitərəfliliyini elan edir.

Təbii ki, həmin dövrün mövcud hərbi – siyasi reallığına uyğun olmayan həmin qərar macarıstan hökumətinin ən böyük səhvi idi. Məhz bu qərar Moskvanı qəti hərbi tədbirlər görməyə məcbur etdi. Budapeşt şəhərini tam mühasirəyə alan sovet ordusu noyabrın 4 də şəhəri artilleriya və aviasiyadan bombardman etmeyə başlayaraq şəhərə ordu yeridir. İmre Nad isə, qaçaraq Yuqoslaviya səfirliyində gizlənir. Lakin, sonradan aldadaraq onu səfirlikdən çıxaraq edam edirlər.

Beləliklə, Macarıstan inqilabı məğlubiyyətə uğrayır.

Macarıstan inqliabının sosial – iqtisadi və siyasi səbəbləri ilə yanaşı ən əsas səbəblərindən biri də, sivilizasiya faktoru idi. Digər Şərqi Avropa xalqları kimi macar xalqıda özünü avropa sivilizasiyasının bir hissəsi hesab edir və sivilizasiya baxımından geri qalmış ruslaın onlar üzərində hegemonluğunu psixoloji baxımdan qəbul etmirdilər.

Surxan Lətifov





loading...