Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

18 Yanvar 2018
17 Yanvar 2018

11 Yanvar 2018 - 18:25

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar film nümayişləri olacaq

20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar yanvarın 15-dən 19-dək Milli Qəhrəmanlara həsr olunmuş sənədli filmlər nümayiş olunacaq.

Gununsesi.info xəbər verir ki, filmlərin nümayişi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə İdarənin tabeliyində olan mədəniyyət müəssisələrində baş tutacaq.

Milli Qəhrəmanlar – Elman Hüseynov, Salatın Əsgərova, Oqtay Güləliyev, Pəhləvan Fərzəliyev, Nadir Əliyev, Yusif Əliyev, Eldar Məcidov, Fəxrəddin Musayev, Etibar İsmayılov, Allahverdi Bağırov, Ənvər Fərəcov, Mübariz İbrahimov, Muxtar Qasımov, Əliyar Əliyev, Elman Hüseynov, Ramiz Qəmbərov, Cavanşir Rəhimov, Yavər Əliyev və Aqil Quliyevə həsr olunmuş “Vətən əsgəri”, “23 dəqiqə”, “Laçın qatarı”, “Şərəfli ömrün manifesti”, “Azadlığa gedən yol”, “Vətən sevgisi”, “Vətənə bağışlanan ömür”, “Ürəklərdə yaşayan qəhrəman”, “Qartaltək Vətənin keşiyində”, “Vətənə etibarlı oğul”, “Qartal qamətli qəhrəman”, “Vətənə dönənim”, “Mübarizlik zirvəsi” “Pəhləvan komandir”, “İlk komandir”, “Şuşalı şəhid”, “Cavanşir”, “Sonuncu uçuş” və “Vətən sağ olsun” filmləridir.

Qeyd edək ki, gənc nəslin milli təfəkkürünün formalaşmasında, vətənpərvər ruhda tərbiyəsində və tariximizi öyrənməsində mühüm rol oynayan bu filmlərin nümayişi Bakı şəhərinin müxtəlif mədəniyyət ocaqlarında yanvarın 19-dək davam edəcək.