2016-ci ildə iqtisadi inkişaf 3.8 faiz aşağı düşüb

  • By admin
  • 18 Yanvar 2017 12:46

iqtisadi-bohran-5

2016-cı ildə ümumi daxili məhsul istehsalı (ÜDM) 3.8 faiz azalıb.

Gununsesi.info Dövlət Statistika Komitəsinə istinadən bildirir ki,  ölkə rezidentləri tərəfindən 60 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib. 2015-ci ilə nisbətən azalmanın əsas səbəbi kimi tikinti sektorunda əlavə dəyərin 27,6 faiz aşağı düşməsiilə izah edilir.

Eyni zamanda bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı 4,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,6 faiz, ticarət vənəqliyyat vasitələrinin təmiri sahələrində 1,5 faiz, sənayedə 0,4 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində isə 0,1 faiz artıb.

Keçən il sənayedə 22434,5 milyon manatlıq, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 6152,2 milyon manatlıq, tikintidə 6004,4 milyon manatlıq, nəqliyyat vəanbar təsərrüfatı sahələrində 4102,4 milyon manatlıq,  kənd təsərrüfatı, meşətəsərrüfatı və balıqçılıqda 3369,6 milyon manatlıq, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 1436,3 milyon manatlıq, informasiya və rabitə sahələrində 1060,2 milyon manatlıq əlavə dəyər yaradılıb.

ÜDM–in 10836,9 milyon manatı iqtisadiyyatın digər sahələrində istehsal edilib, məhsula və idxala xalis vergilər 4591,2 milyon manat təşkil edib.

Yola saldığımız ildə ümumi daxili məhsulun 39403,1 milyon manatı, yəni 65,7 faizi iqtisadiyyatın qeyri-neft sahələrinin, 34,3 faizi (20584,6 milyon manatı) isə neft-qaz sektorunun  payına düşüb.

Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən dəyəri 6223,8 manat olub.

Vüsalə Rüstəmova

Gununsesi.info