XƏBƏR LENTİ

30 Aprel 2017
29 Aprel 2017

11 Yanvar 2017 - 14:02

“2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması bütün dünyada əks-səda doğuracaq bir hadisədir”- ELDAR İBRAHİMOV

eldar-1

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi çox düzgün, çox əhəmiiyətli və zərurətdən yaranan bir addımdır.

Bu, özü də yalnız İslam dünyasında yox, bütün dünyada böyük əks-səda doğuracaq təqdir olunası, alqışlanılası bir tarixi hadisədir.

Bu fikirləri Gununsesi.info -ya açıqlamasında  Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

“Bu gün Azərbaycanın bütün dini konfessiyaları, bütün millətləri öz uzaqgörən, düşünülmüş, toletant və multikultural siyasəti ilə özündə birləşdirdiyini, bütünləşdirdiyini, eyni zamanda, İslam dünyasının  da ən çətin, ən problemli dövrünü yaşadığını nəzərə alsaq, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi Azərbaycanın bütün İslam dünyasında, ümumiyyətlə, bütün dünyada bir barışdıcı qüvvəyə çevrilməsi baxımından çox məntiqli bir davranışdır. Kimsə də bunun əksini düşünə bilməz və buna da haqqı, ixtiyarı yoxdur” -deyən E. İbrahimovun sözlərinə görə,  bu il həmçinin Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək, Azərbaycan növbəti nüfuzlu və mötəbər bir beynəlxalq yarışmaya layiqli evsahibliyi edəcək.

“Eyni zamanda, ötən ili “Multikulturalizm İli” elan etməklə Azərbaycan bütün konfessiyaları, dinləri, millətləri qarşılıqlı hörmət əsasında qarşılamaq qabiliyyətini ortaya qoydu və dünyaya da göstərdi, bir daha əyani şəkildə sübut etdi ki, bu konfessiyalar, dinlər içərisində xüsusi diqqətə layiq olan İslam dinidir. Bununla yanaşı, cənab Prezidentin “Biz İslam dünyasını birləşdirmək istiqamətində səylərimizi ortaya qoyacağıq” sözləri heç də təsadüfi deyil və bu baxımdan da, hesab edirəm ki, bu, həm millətimizin adını İslam dünyasında, həm də İslam aləmini dünyada yeni və yüksək bir mərhələyə qaldıracaq. Azərbaycan dünyadakı imzalar içində öz imzasını bir daha var edəcək. Buna görə də elə bəri-başdan ölkə Prezidentinə öz adımdan və ümumən xalqımızın adından dərin minnətdarlığımı ifadə etmək istəyirəm”-deyə, komitə sədri daha sonra sözlərinə əlavə edib.

K. HƏMZƏOĞLU

Gununsesi.info




loading...
Loading...