2018-ci ilin büdcə layihəsi parlamentə təqdim edildi

  • By admin
  • 19 Oktyabr 2017 11:52

meclis

2018-cilin dövlət büdcəsinə dair qanun layihəsi artıq parlamentə daxil olub.

Gununsesi.info-nun xəbərinə görə,  bu barədə oktyabrın 19 Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq  komitəsinin növbəti iclasında adıçəkilən komitənin sədri, akademik Ziyad Səmədzadə  məlumat verib.

“Artıq büdcə zərfi parlamentdədir. Bir-iki günə bütün millət vəkillərinə, o cümlədən, komitəmizin üzvlərinə paylanılacaq. Mən xüsusilə, komitəmizin üzvlərini büdcə ilə bağlı təşkil olunacaq müzakirələrdə fəal olmağa səsləyirəm. Çox güman ki, bu ayın sonu, gələn ayın ilk günlərində digər komitələrlə birgə komitəmiz büdcə müzakirələrinə başlayacaq”-deyə, Z. Səmədzadə sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info