23 yaşlı oğlan bıçaqlandı

  • By admin
  • 20 Noyabr 2017 09:00

Bakıda küçədə gənc oğlanın boynuna bıçaq zərbəsi vurulub

Gununsesi.info xəbər verir ki, hadisə Xətai rayonunda baş verib.

Belə ki, Sarayev küçəsində 1994-cü il təvəllüdlü Ağamirzəyev Məhəmməd Rza oğlu küçədə naməlum şəxslə əlbəyaxa dava edib. Dava zamanı onun boyun nahiyəsinə bıçaqla zərbə vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Gununsesi.info