241 nəfər dərmandan zəhərlənib

  • By admin
  • 21 İyul 2017 14:52
1484140110_dermanlaintihar
Bu gün Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzində (KTM) Toksiki və qida zəhərlənmələrinə dair Mətbuat konfransı keçirilib.
Gununsesi.info Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, konfrans media nümayəndələrini 22 iyul Milli Mətbuat günü münasibəti ilə təbriklə başladı.
Son 6 ayın qida zəhələnmələri mözvusunda çıxış edən KTM-nin Mədə-bağırsaq şöbəsinin müdiri, Bakı şəhərinin baş infeksionisti G.Babayeva stasionar müalicə üçün bu il yanvarın 1-dən iyulun 1-dək 71 nəfər qida zəhərlənməsi, 395 nəfər kəskin mədə bağırsaq iltihabı diaqnozu ilə daxil edildiyini bildirdi. Xəstələrin hər birinə yüksək səviyyədə yardım göstrəlimiş və sağlam evlərinə buraxılmışlar.
Ölüm halı qeydə alınmamışdır.
Əlavə olundu ki, daxil olan şəxslərin 430-u rayon, 36-sı Bakı sakinidir. Müraciət edənlər daha çox 20-45 yaşlılar olub. G.Babayeva KTM-ə 13 nəfərin botulizm diaqnozu ilə daxil olduğunu da nəzərə çatdırdı.
KTM-in Toksikologiya şöbəsinin müdiri A. Maqsudov bu ilin 6 ayında Toksikologiya şöbəsinə 565 müraciət olunduğünü media nümayəndələrinin diqqətinə çatdırdı.
Onun sözlərinə görə, dərmanla zəhərlənmə ilə bağlı 241, dəm qazı ilə zəhərlənmə ilə bağlı 133, kəskin allergik reaksiyalarla bağlı 67, sirkə turşusu ilə zəhərlənmə ilə bağlı 52, spirtli içkilərdən zəhərlənmə ilə bağlı 56 nəfər qəbul edilib.
Jurnalistəlin suallarının cavablandıran baş toksikoloq bildirdi ki, sirkə turşusu 1 xörək qaşığı qəbul olunduqda onun ciddi fəsadları olur. Bildirdi ki, dərhal həkim müdaxiləsi olmazsa, bu ölümlə nəticələnə bilər.
Bu il ərzində KTM-ə 41 nəfər ilan, 6 nəfər əqrəb sancması ilə bağlı müraciət edib. Bu say isə ötən ilin müvafiq dövrü ilə müqayisədə azdır.

Gununsesi.info