Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

18 Noyabr 2017

16 Sentyabr 2017 - 10:30

27 yaşlı qadını çamadanda gömrükdən keçirərkən yaxalanıb- VİDEO

real vaxt camadan

27 yaşlı qadın sərhədi qeyri-qanuni yolla keçərkən qeyri-adi yola əl atıb. O digər bir şəxsin yük çamadanında gizlənərək gömrük məntəqəsini keçmək istəyib.

Gununsesi.info “newsgeorgia”ya istinadən xəbər verir ki, hadisə Türkiyə-Gürcüstan sərhədindəki Sarpi gömrük məntəqəsində baş verib.

27 yaşlı Rusiya vətəndaşı Angelina Samusenko 47 yaşlı Gürcüstan vətəndaşı Domentiy Surmanidzenin çamadanında qeyri-qanuni yolla Gürcüstana keçib və oradan isə Rusiyaya getmək istəyib. 47 yaşlı Gürcüstan vətəndaşı gömrük məntəqəsini keçərkən özünü şübhəli aparıb və bu da gömrükçülərin diqqətindən yayınmayıb. Onun çamadanı yoxlanılarkən oradan gənc bir xanım çıxıb. Bu şəxs Rusiya vətəndaşı 27 yaşlı Angelina Samusenko olub. Onun pasportu yoxlanılan zaman pasportunda ancaq Türkiyəyə giriş möhürü olub.

Sonradan bəlli olub ki, 27 yaşlı Angelina Türkiyədə cinayət törədib və onun ölkədən çıxışı qadağan olunub. Belə ki, Angelina Antaliyanın Kəmər şəhərində içkili şəraitdə maşın idarə edib və nəticədə qəza törədib. O maşınla yaşlı bir yerli sakini vurub və o, dünyasını dəyişib.

Gununsesi.info





loading...