27 yaşlı qızı qətlə yetirən qatil tutuldu

  • By admin
  • 09 Dekabr 2016 10:10

qandal-qolda

Gəncədə 27 yaşlı qızı qətlə yetirən şəxs saxlanılıb.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, dekabrın 7-də Gəncənin Adil Xan Ziyadxanov küçəsində yerləşən 8 mərtəbəli binada, ev 70-də törədilən qətlin üstü açılıb.

Gəncə şəhər Baş Polis İdarəsi və Nizami rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, 1989-cu il təvəllüdlü Səadət Verdiyevanı qətlə yetirən Goranboy rayon Səmədabad kənd sakini, 1987-ci il təvəllüdlü Famil Məmmədov saxlanılıb. Məlumata görə, S. Verdiyeva ilə F. Məmmədov tanış olublar və qızın yaşadığı mənzildə görüş zamanı aralarında yaranan mübahisə zəminində qətl törədilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.

Gununsesi.info