29 yaşlı oğlan intihar etdi

  • By admin
  • 09 Dekabr 2016 11:09

sirke

Bakıda intihar hadisəsi baş verib.

Xəzər rayon Polis İdarəsindən Gununsesi.info-ya verilən məlumata görə, rayon sakini, 1987-ci il təvəllüdlü Vasif Nazim oğlu Rəsulov sirkə turşusu içərək özünə qəsd edib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən V. Rəsulov orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 Gununsesi.info