3 yaşlı qıza təcavüz edib öldürən cani edam edildi

  • By admin
  • 27 İyul 2017 14:07

ronald-phillips3

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 1993-cü ildə sevgilisinin 3 yaşlı qızını zorlayaraq öldürən 43 yaşlı məhkum Ronald Filips edam edilib. O, ölümündən öncə göz yaşı tökərək peşman olduğunu dilə gətirib.

Hadisə 24 il əvvəl ABŞ-ın Ohayo ştatında baş verib.

Məhkum son sözlərini söylədikdən 10 dəqiqə sonra öldürülüb.

Edamı təcavüz edilərək öldürülən körpənin xalası və ögəy bacısı da izləyib. Filips üzr istəsə də körpənin xalası onu bağışlamayacağını bildirib.

article-2501531-195E6D8400000578-88_634x450

Gununsesi.info