4 minə yaxın şəxs müəllim olmaq üçün imtahan verib

  • By admin
  • 25 İyul 2017 19:42

58e72b44539c8_1imtahan dovletqullugu
Azərbaycanda bu gündən başlayaraq keçirilən müəllimlərin işə qəbulu üzrə imtahanda 4 min nəfərə yaxın namizəd iştirak edib.

“Qaqfazinfo”nun Təhsil Nazirliyinə istinadən məlumatına görə, ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə start verilib.

Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.

Müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 47 min nəfərə yaxın şəxsin elektron ərizəsi təsdiq edilib.

İmtahanlar avqustun 5 -dək davam edəcək.

Gununsesi.info