4 otaqlı ev kül oldu

  • By admin
  • 25 Mart 2017 10:39

yanan-ev-yangin-yanqin-yangin

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, şəhərin Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan birmərtəbəli 4 otaqlı evin mətbəxində rəf 3 m2 sahədə yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 12 m2 sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anar

Gununsesi.info