42 yaşlı kişi naməlum şəxs tərəfindən döyüldü

  • By admin
  • 18 Noyabr 2017 09:25

Ağstafada döyülmə faktı qeydə alınıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Ağstafa şəhər sakini, 1975-ci il təvəllüdlü Əliyev Vüqar Əlövsət oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib.

Vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə sərxoş vəziyyətdə olan V. Əliyev tanımadığı şəxs tərəfindən döyülüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info